bsuCMS

bsuCMS məzmun idarəetmə sistemidir. Bu sistem ilk dəfə olaraq 2008-ci ildə Bakı Dövlət Universitetinin veb saytı üçün yaradılmışdır. Daha sonra digər fakültə və şöbələrin də saytlarının mərkəzləşmiş idarəedilməsi üçün funksionallıqları genişləndirilmişdir. 

Bir müddət yalnız Bakı Dövlət Universitetinin saytına xidmət etməsinə baxmayaraq sonralar bir neçə digər saytlar üçün də istifadə edilməyə başladı.

Hal-hazırda bsuCMS NEATS şirkətinin məhsuludur və NEATS şirkəti bəzi saytların yaradılmasında bsuCMS sistemindən istifadə edir.

Sistemin imkanları

Sistemin məhdudiyyətləri

Texnologiya

Sistem PHP 5.1 vasitəsilə, Obyekt Yönümlü Proqramlaşdırma tərzində yazılmışdır. Adətən dinamik kontent üçün Apache HTTP Server, statik kontent üçün lighttpd və ya nginx istifadə edirik. Verilənlər bazasına qoşulmaq üçün PDO (PHP Data Objects) istifadə edirik. 

Təhlükəsizlik

Təhlükəsizlik amilinə sistemdə xüsusi diqqət yetirilmişdir. VBİS (SQL Injection) ilə bağlı təhlükəsizlik tədbirləri sistemin nüvəsi səviyyəsində nəzərə alınmışdır. Bundan başqa sistemdə məzmun artıq tag-ləri avtomatik olaraq süzgəcdən keçirtdiyi üçün XSS tipli hücumların da qarşısı avtomatik alınır. Sistemin yüklənməsinin qarşsını almaq üçün class-lar və tərkiblərindəki funksiyalar mümkün qədər optimallaşdırılmışdır.